Avrasiya Gömrük İttifaqı 2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib

Avrasiya Gömrük İttifaqı ölkələri ərazisinə ixrac edilən çini qablara görə 2016-cı il sentyabrın 28-dək xüsusi rüsum tətbiq edilir. Trend-in Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu barədə Avrasiya İqtisadi Komitəsi kollegiyasının qərarında deyilir.

Qərara əsasən, xüsusi rüsumun qiyməti dəyişdiriləcək. Belə ki, 2014-cü il sentyabrın 28-dək 1 ton məhsulun qiyməti 1479 dollar həcmində, 2014-cü il sentyabrın 29-dan 2015-ci il sentyabrın 28-dək 1035,3 dollar, 2015-ci il sentyabrən 29-dan 2016-cı il sentyabrın 28-dək 591,6 dollar müəyyənləşdirilir.

Məlumata görə, bu addım Çin istisna olmaqla, Gömrük İttifaqının tarif üstünlüklərindən yararlanan inkişaf etmiş ölkələrdə istehsal edilən mallara şamil edilmir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO