AVCİYA seçicilər üçün seminar keçirib

Məqsəd seçici fəallığının artırılmasıdır

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili” mövzusunda layihənin icrasını davam etdirir.
AVCİYA-dan Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində Mingəçevir, Xaçmaz və Sumqayıt şəhərlərindən sonra Qəbələ və Gəncədə iki böyük seminar keçirilib. Seminarda çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Seçki Məcəlləsinə edilən dəyişiklər, seçici fəallığının artırılması yolları, seçkilərin ədalətli və şəffaf keçirilməsində maarifçilik işinin əhəmiyyəti və digər məsələlər barədə geniş məlumat verib. Layihə çərçivəsində nəzərdə tutulan digər beş tədbirin noyabr və dekabr aylarında gələn il keçiriləcək bələdiyyə seçkilərinə həsr etmək məqsədəuyğun sayılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO