ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossruk Azərbaycana gəlib

Verilən məlumata görə, onu ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Nosel (Nothell) və ATƏT PA-da Avstriya daimi missiyasının rəhbəri Lukas Mussi müşayiət edir.

ATƏT PA-dan olan nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, iqtidar və müxalifət partiyaların rəhbərləri və digər şəxslərlə görüş keçirəcəklər.

Qeyd edək ki, V. Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib. Müşahidə Missiyasının həmin tərkibinə A. Nosel və L. Mussi də daxil olub.

ATƏT-in uzunmüddətli müşahidə missiyasına isə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçisi Odri Qlover rəhbərlik edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO