ATƏT-in Minsk Qrupunun həmsədrləri regiondakı status-kvonun qəbulolunmaz olduğunu bildiriblər


Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq ifadə edilib.
Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar.
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi, bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.
Görüşdə münaqişənin həlli istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO