ATƏT-in müşahidə missiyası ikinci hesabatını açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə missiyası ikinci hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: “Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil”.
Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: “MSK seçkilərə aktiv hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim imkanı yaradır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO