“ASAN xidmət ” mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları “nda dəyişikliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dövlət Agentliyinin Əsasnaməsində aşağıdakı dəyişikliklər edilir:
1.1. aşağıdakı məzmunda 3.1.7-1-ci və 3.1.7-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.7-1. mərkəzlərdə göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək;
3.1.7-2. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etmək;”;
1.2. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”;
1.3. aşağıdakı məzmunda 5.5.18-1-ci yarımbənd əlavə edilsin:
“5.5.18-1. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınması qaydasını təsdiq edir;”.
Həmin fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilir:
2.1. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:
“3.4. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini Dövlət Agentliyinin sədri təsdiq edir.”;
2.2. 4.5-ci bəndin birinci yarımbəndinin birinci cümləsində “vətəndaş” sözü “şəxs” sözü ilə əvəz edilsin, “yaşayış yerini” sözlərindən sonra “, habelə olduğu yeri” sözləri əlavə edilsin, ikinci cümləsində “vətəndaşa” sözü “şəxsə” sözü ilə əvəz edilsin, “iş yerində” sözlərindən sonra “, habelə olduğu yerdə” sözləri əlavə edilsin.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO