Ağır xəstəliyə tutulmuş məhkumların azadlığa buraxılması təklif olundu

Azərbaycanın hüquq müdafiəçisi ağır və sağalmaz xəstəliyə tutulmuş məhkumların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məsələ qaldırıb. Trend News-un məlumatına görə, ədliyyə naziri yanında yaradılmış İctimai Komitənin üçüncü tərkibinin fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağında hüquq müdafiəçisi Novella Cəfəroğlu bu təkliflə çıxış edib.

Hüquq müdafiəçisi az ağır cinayətlərə görə ağır cəza alan məhkumların işinə yenidən baxılması və onların cəzadan azad olunması ilə bağlı İctimai Komitənin aidiyyatı qurumlar qarşısında məsələ qaldırmasını vacib sayıb. Cəfəroğlu cəzaçəkmə müəssisələrində məhkumların sayının azaldılması məqsədilə narkomaniyadan əziyyət çəkən məhkumların cəzadan azad olunmasını və müalicəyə cəlb olunması təklifini irəli sürüb.

İctimai Komitənin koordinatoru Sahib Məmmədov bildirib ki, ağır xəstəliyə tutulan məhkumların vaxtından əvvəl cəzadan azad olunmasına qanunvericilik icazə verir. Məmmədov belə bir humanist addımın atılmasının tərəfdarı kimi çıxış edib.

Komitənin son birillik fəaliyyəti barədə məlumat verən Məmmədov bildirib ki, İctimai Komitə builki səlahiyyət müddətində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə müntəzəm baş çəkib, məhkumların saõlanma şəraitinin yaõşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaõtlarının səmərəli təşkilinə, hüquqi yardımın göstərilməsinə, maarifləndirilmə tədbirlərinin keçirilməsinə və digər məsələlərə diqqət yetirib. Başçəkmələrin nəticələri üzrə Ədliyyə Nazirliyinə hesabatlar təqdim olunub, müvafiq yığıncaqlar keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO