“Aqo” qrupu Azərbaycana gəlib

Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” Monitorinq qrupu bu gün Azərbaycana gəlib. APA-nın məlumatına görə, səfərin əsas məqsədi Avropa Şurasına daxil olarkən ölkənin bu qurum qarşısında götürdüyü öhdəliklərin icrasında əldə etdiyi irəliləyişi dəyərləndirməkdir.

Noyabrın 26-dək kimi davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Prezidenti, Milli Məclisinin sədri, Ədliyyə, Xarici və Daxili İşlər nazirləri, Ali Məhkəmənin sədri, Mərkəzi Seçki Komissiyanın sədri, müxalifət partiyaları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə Avropa Şurasına üzv olan dövlətlərin Azərbaycanda akkreditə olmuş səfirləri ilə görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, «Aqo» qrupunun regiona səfəri noyabrın 20-də İrəvandan başlayıb. Qrupa Rumıniyanın Avropa Şurasındakı daimi nümayəndəsi Stelian Stoyan rəhbərlik edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO