AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub. Bu barədə çərşənbə günü Parisdən telefonla Trend News-a AŞPA-nın vitse-prezidenti, Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Yeni həmməruzəçi maltalı deputat Cozef Debona Qrextdir. Həmməruzəçinin seçilməsi ilə əlaqədar səsvermə obyektiv keçib və biz bu seçimdən razıyıq”, – Seyidov bildirib.

Onun sözlərinə görə, Qrext 18 səslə həmməruzəçi seçilib. Bu vəzifəyə digər namizəd Norveçdən olan deputat Lize Kristofersen isə 12 səs toplayıb. Seyidovun deyib ki, yeni həmməruzəçinin regiona səfər tarixi hələ məlum deyil.

Qrextin sələfi Yevgeniya Jivkova bu ilin iyun ayında tutduğu vəzifədən istefa verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO