Ann Brasör: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylər artırılmalıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör bu gün təşkilatın yay sessiyasında çıxışı zamanı bildirib.

A.Brasör deyib ki, AŞ PA bu prosesi ATƏT-in Minsk qrupu çərçivəsində dəstəkləməyə hazırdır.

O, qeyd edib: “Eyni zamanda, biz irəliləyiş üçün vacib olan etimadın və dialoqun gücləndirilməsi məqsədilə Assambleyada Azərbaycan və Ermənistandan olan nümayəndə heyətlərinin üzvləri ilə işləməyə davam etməyə hazırıq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO