Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör bu gün təşkilatın yay sessiyasında çıxışı zamanı bildirib.
A.Brasör deyib ki, AŞ PA bu prosesi ATƏT-in Minsk qrupu çərçivəsində dəstəkləməyə hazırdır.
O, qeyd edib: “Eyni zamanda, biz irəliləyiş üçün vacib olan etimadın və dialoqun gücləndirilməsi məqsədilə Assambleyada Azərbaycan və Ermənistandan olan nümayəndə heyətlərinin üzvləri ilə işləməyə davam etməyə hazırıq”.