Ağsu aşırımı bağlanır

Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır.

Trend Kanal S-ə istinadən xəbər verir ki, layihə çərçivəsində yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq təmir işləri zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı yolundan istifadə edəcəklər.

Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP postu da artıq fəaliyyətini dayandırıb.

Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Yoldan 3,5 tondan artıq yük maşınlarının keçməsinə, ərazidə müvafiq yol nişanlarının quraşdırılmasına baxmayaraq, hər axşam yoldan normadan artıq yüklənmiş avtomobillər keçir.

Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinə nə zaman başlanacağı isə hələlik bəlli deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO