Adı seçici siyahısında olmayanlar yaşadıqları ərazidə səs verə biləcəklər

“Azərbaycandakı seçici siyahıları kifayət qədər dəqiqliklə tərtib olunub”. Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, bununla yanaşı, adı seçici siyahılarında olmayanlar səsvermə günü şəxsiyyət vəsiqəsi ilə seçki məntəqəsinə yollana bilərlər: “Adı seçici siyahısında olmayanlar qeydiyyatda olduqları ərazidəki seçki məntəqəsində səs verə bilərlər. Bununla bağlı seçki məntəqələrinə əlavə siyahılar verilib”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO