“Azərbaycandakı seçici siyahıları kifayət qədər dəqiqliklə tərtib olunub”. Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, bununla yanaşı, adı seçici siyahılarında olmayanlar səsvermə günü şəxsiyyət vəsiqəsi ilə seçki məntəqəsinə yollana bilərlər: “Adı seçici siyahısında olmayanlar qeydiyyatda olduqları ərazidəki seçki məntəqəsində səs verə bilərlər. Bununla bağlı seçki məntəqələrinə əlavə siyahılar verilib”.