ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

Defni Kempbel qətliamının günahsız qurbanlarının xatirəsini yad etməyə çağırıb.

Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbelin Xocalı soyqırımının tanınması barədə hazırladığı qətnamə qəbul olunub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə Ermənistanın Azərbaycana təcavüzündən, onun Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətindən və Xocalıda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən kütləvi surətdə qətlə yetirilməsindən bəhs olunur.

Qətnamədə Ermənistan silahlı dəstələri tərəfindən 613 azərbaycanlının öldürülməsi faktları göstərilir. BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunması faktını təsdiqləyən dörd qətnaməsinə Ermənistanın qətiyyən məhəl qoymadığı bildirilir.

Florida ştatı Nümayəndələr Palatasının üzvü öz qətnaməsi ilə ştatın parlamentini 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin törətdikləri Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini yad etməyə çağırır.

Defni Kempbel 2010-cu ildən ABŞ-ın Demokrat Partiyasından ştatın 108-ci seçki dairəsini təmsil edir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO