ABŞ Cənubi Koreyaya əlavə qoşun və hərbi texnika göndərəcək

ABŞ Cənubi Koreyaya əlavə qoşun və hərbi texnika göndərmək qərarına gəlib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren deyib.

S.Uorren qeyd edib ki, həmin tədbirlər çoxdan planlaşdırılıb: Bu, bizim Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsinə üstünlük verməyimizlə əlaqədardır”.

Fevral ayında Koreya Respublikasına 9 ay müddətinə təqribən 800 hərbi qulluqçunun göndərilməsi nəzərdə tutulur. Söhbət, həmçinin 40 ədəd M1A “Abrams” tankından və təxminən eyni sayda döyüş maşınlarından gedir.

Mütəxəssislərin qeyd etdiyi kimi, hazırda Cənubi Koreyada 28 minə yaxın amerikalı hərbi qulluqçu var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO