ABŞ ştatı prezident ObamaDağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib

ABŞ-ın Men ştatının (STATE OF MAINE) qanunverici orqanı qətnamə qəbul edərək ABŞ prezidenti və Konqresini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb.

APA-nın Men ştatının qanunverici orqanının rəsmi saytına istinadən yaydığı məlumata görə, qətnamənin təşəbbüskarı konqresmen Skott Hamanndır. Ona bu təşəbbüsdə Nümayəndələr Palatasının üzvləri Endrü Qattin və Saqa Qideon dəstək verir.

Qeyd edək ki, analoji qətnamələr bundan əvvəl Massaçusets və Rod-Aylend ştatları tərəfindən qəbul olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO