ABŞ konqresmenlərindən daha biri 20 yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib

ABŞ konqresmenlərindən daha biri 20 yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ konqresmenləri Bil Şuster və Daniel Maffeyin cari ilin əvvəlində verdiyi bəyanatlardan əlavə, konqresmen Cin Qrin ABŞ Konqresində müvafiq bəyanatla çıxış edib.

Konqresmen 20 yanvar gecəsi sovet qoşunlarının Azərbaycan xalqının müstəqillik hərəkatının qarşısını almaq məqsədilə, amma ictimai asayişi bərpa etmək bəhanəsi altında dinc nümayişçilərə qarşı silahlı gücdən istifadə etdiyini bildirib.

O, 1990-cı ilin 20 yanvar tarixində baş vermiş hadisələrin 70 ildən sonra Azərbaycan xalqını öz müstəqilliyini bərpa etməyə daha da ilhamlandırdığını vurğulayıb.

Konqresmen Cin Qrin öz bəyanatında ABŞ və Azərbaycan arasında etimad və qarşılıqlı dəstəyə əsaslanan yaxın və əhəmiyyətli münasibətlər olduğunu qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO