ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana gələcək

Səfər zamanı konqresmenlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri müzakirə olunacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə açıqlamasında bildirib ki, B. Şusterin başçılıq etdiyi nümayəndə heyətinin səfər çərçivəsində Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov tərəfindən qəbul edilməsi də gözlənilir.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin aprelin 28 və ya 29-da gerçəkləşməsi gözlənilir. Hazırda nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO