ABŞ-ən Dövlət Departament sözcüsü Viktoriya Nuland fevral ayının 13-də keçirdiyi ənənəvi brifinq zamanı Əkrəm Əylisliyə dair məsələni, xüsusilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yazıçını təhdid etməsini yaxından izlədiklərini vurğulayıb.
Trend Dövlət Departamentin rəsmi saytina istinadən xəbər veiri ki, Nuland Hafiz Haciyevin polisə cağrılmasından xəbərdar olduqlarını da diqqətə çatdırıb. Departament sözcüsü bildirib ki, bu doğru addımdır.
İfadə azadlığına inandıqlarını da dilə gətirən Nuland buna dəstəklərini bir daha nümayış etdirib.
O, eyni zamanda Azərbaycan hökumətini Ə.Əyrislinin təhlükəsizliyini qorumağı da tövsiyə edib.