ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etmişdir

ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etmişdir. Dövlət katibi Hillari Klinton bu vəzifəyə səfir Robert Bradtkeni seçmişdir. Departamentin mətbuat katibi İan Kellinin verdiyi məlumata görə, diplomatik xidmətdə otuz altı illik stajı olan Robert Bradtke Avropada təhlükəsizlik siyasəti üzrə böyük təcrübəyə malikdir.

Robert Bradtke bu ilin iyulunadək ABŞ-ın Xorvatiyada səfiri vəzifəsində çalışmışdır. Bundan əvvəl isə o, Dövlət katibinin Avropa və Avrasiya üzrə müavininin NATO və ATƏT məsələləri üzrə köməkçisi vəzifəsində çalışmışdır.

İan Kelli bəyan etmişdir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini başa düşür. Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan prezidentlərinə Minsk qrupunun fəaliyyəti ilə yaxından maraqlandığını və Obama hakimiyyətinin münaqişənin çözülməsi səylərini dəstəkləməsi üçün əlindən gələni əsrigəməyəcəyini bildirmişdir.

Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun son mərhələsini alqışlayan Dövlət Departamentinin mətbuat katibi qeyd etmişdir ki, hər iki ölkənin hökumətləri artıq Robert Bradtkenin təyinatı haqda məlumatlandırılmışdır. R.Bradtke yaxın həftələr ərzində bölgəyə ilk səfərini edəcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO