AŞ PA-nın sessiyasında Azərbaycanın təqdim etdiyi Ermənistanda siyasi məhbuslarla bağlı sənəd müzakirə ediləcək

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti yay sessiyasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir neçə məsələ qaldıracaq. “Qurumun yaz sessiyasında “Ermənistanda siyasi məhbuslar məsələsinin araşdırılması zərurəti” adlı sənəd təqdim etmişəm. Bu sessiyada məsələ Hüquq və İnsan Haqları Komitəsində müzakirəyə çıxarılacaq. Nəticədə Ermənistanda və buna bənzər ölkələrdə siyasi məhbuslarla bağlı problemin araşdırılması üçün məruzəçinin təyin olunması ehtimalı da var”, – cümə axşamı Trend News-a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Trend News-un arayışı: Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 22-26-da keçiriləcək. Ayın 23-24-də Avropa Şurasının yeni Baş katibinin seçilməsi nəzərdə tutulur. Şuranın indiki Baş katibi Terri Devisin fəaliyyət müddəti 2009-cu il avqustun 31-də başa çatır.

Hüseynovun sözlərinə görə, sessiyada müzakirəyə çıxarılacaq məsələlərdən biri Avropada uzunmüddətli köçkünlərlə bağlıdır. “Mən həmin müzakirələrdə çıxış edərək Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından köçkün düşən soydaşlarımızın məsələsini qaldıracağam”, – nümayəndə heyətinin üzvü əlavə edib. Onun fikrincə, nümayəndə heyətinin digər üzvləri də Ermənistanın Azərbaycana təcavüzü, Avropa Şurasının yeni baş katibini seçilməsi və Azərbaycana aidiyyatı olan digər məsələlərin müzakirəsində fəal iştirak edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO