AŞ PA Ermənistan nümayəndə heyətinin addımlarını pisləyib

Ermənilərin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) yaydığı kitabça və DVD-lər Azərbaycanın qurumdakı nümayəndə heyətinin narazılığına səbəb olub. “Azərbaycan nümayəndə heyəti AŞ PA sədrinə bununla bağlı rəsmi müraciət edib. Ümumiyyətlə, ermənilərin hərəkətləri burada pislənir. Bu hərəkət qeyri-qanuni olduğuna görə AŞ PA sədri Ermənistan nümayəndə heyətinin rəhbərini çağırıb, bununla bağlı xüsusi söhbət aparıb və izah edib ki, belə addımlar atmaq olmaz”, – cümə günü Trend News-a AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdkı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları saxtalaşdıran kitabça və DVD-lər yayıblar. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO