AŞ NK-də işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyəti məsələsi müzakirə edilir

Azərbaycan işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyətinin obyektiv qiymətləndirilməsinın tərəfdarıdır. “Azərbaycan heç vaxt beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının təkliflərinə qarşı laqeyid olmayıb. Hər bir təklif Azərbaycanın imicinə və maraqlarına uyğun olmalıdır. Mədəni-tarixi abidələrin vəziyyətinin qiymətləndirilməsinə hər bir missiya obyektiv yanaşmalıdır”, – çərşənbə axşamı jurnalistlərə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Səməd Seyidov bildirib.

Onun sözlərinə əsasən, Mədəniyyət Komitəsində və AŞ Nazirlər Komitəsində Azərbaycanın işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyəti məsələsi müzakirə edilir. “Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. İşğal ounmuş ərazilərdəki missiyalar da Azərbaycan ərazisindən keçməlidir”, – Seyidov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO