Aİ: Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir

Azərbaycan və Avropa arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobia deyib.
“Avropa vətəndaşlarının Azərbaycana gəlməsi heç də asan deyil, buna görə də viza rejiminin sadələşdirilməsi məsələsi birlikdə həll edilməlidir”, – Kobia qeyd edib.
Onun sözlərinə görə, bu məsələni həll edilməz adlandırmaq olmaz.
“Bu baxımdan regionun Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrini misal göstərmək olar. Həmin ölkələrin hökumətləri artıq viza rejiminə dair siyasi dialoqu yekunlaşdırıblar”, – Kobia bildirib.
Onun sözlərinə görə, ümumilikdə viza rejiminin sadələşdirilməsi məsələsinin həlli siyasi iradədin mövcudluğundan asılıdır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO