İsrailin müdafiə ordusu yəhudilərin əsas bayramı sayılan Pesax ilə əlaqədar, aprelin 14-də İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə 48 saatlıq blokada rejimini tətbiq edib. Bu barədə Trend İTAT-TASS agentliyinə istinadən məlumat verir.
Blokadanın tətbiqi barədə qərar yəhudi dövlətinin müdafiə naziri Moşe Yaalon tərəfindən cari vəziyyətin qiymətləndirilməsi üzrə qərargahında məsləhətləşmələrdən sonra qəbul edilib, İsrail KİV-ləri xəbər verirlər.
Blokada rejiminin qüvvədə olduğu müddət ərzində bazar ertəsi yerli vaxtla saat 0:00-dan çərşənbə axşamı saat 23:59-dək Qərb sahildən İsrail ərazisinə fələstinlilər yalnız tibbi və humanitar məsələlərə görə buraxılacaqlar.