Israil ordusu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə blokada rejimini tətbiq edib

İsrailin müdafiə ordusu yəhudilərin əsas bayramı sayılan Pesax ilə əlaqədar, aprelin 14-də İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə 48 saatlıq blokada rejimini tətbiq edib. Bu barədə Trend İTAT-TASS agentliyinə istinadən məlumat verir.

Blokadanın tətbiqi barədə qərar yəhudi dövlətinin müdafiə naziri Moşe Yaalon tərəfindən cari vəziyyətin qiymətləndirilməsi üzrə qərargahında məsləhətləşmələrdən sonra qəbul edilib, İsrail KİV-ləri xəbər verirlər.

Blokada rejiminin qüvvədə olduğu müddət ərzində bazar ertəsi yerli vaxtla saat 0:00-dan çərşənbə axşamı saat 23:59-dək Qərb sahildən İsrail ərazisinə fələstinlilər yalnız tibbi və humanitar məsələlərə görə buraxılacaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO