Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrə Qara dəniz regionu ölkələrinin də qoşulması təklif edilir

Türkiyə və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli iqtisadi əlaqələrə Qara dəniz ətrafındakı ölkələr də qoşulmalıdır. Trend-in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayıl Safi qurumun Bakıda keçirilən 40-cı Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“QDİƏT PM-in Bakıda keçirilən iclası zamanı Türkiyə və Azərbaycanın iqtisadi sahədə çalışan 300-ə yaxın nümayəndəsi görüşdü, 1000-ə yaxın müqavilələr imzalandı. Bu işbirliyinə digər QDİƏT üzvü olan ölkələr də qoşula bilər və bundan öz səmərəsini götürə bilər”, – o deyib.
Safi qeyd edib ki, QDİƏT ölkələrinin iqtisadi əlaqələrinin inkişaf etməsi bütövlükdə regionun inkişafına müsbət təsir göstərə bilər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO