Novruz Məmmədovun sözlərinə görə, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tələb edir ki, regionda “status kvo” dəyişdirilsin, yəni Azərbaycan torpaqları işğaldan azad olunsun, məcburi köçkünlər öz yurdlarına qayıtsın, sabitlik yaradılsın:
“Bu ümidləri doğrultmaq üçün Ermənistan prezidenti özündə siyasi iradə tapmalı, mövqeyini bildirməlidir. Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək danışıqla prosesini uzatmağa çalışır. Bu, qeyri-konstruktiv addımdır”.
Şöbə müdiri bildirib ki, danışıqlar prosesində Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi son mərhələdə olmalıdır: “Referendumun vaxtını indidən demək mümkün deyil”.