Mayın 24-dən 31-ə kimi Amerika Birləşmiş Ştatlarının Nyu -York şəhərində Azərbaycanın Respublika Gününə və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Tədbirlərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi də iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən verilən məlumata görə, kollektivin tərkibində xalq artisti Afaq Bəşirqızı da olacaq. Aktyorlarımız ABŞ-a Azərbaycan-Nyu York Assosiasiyasının dəvəti ilə gedəcəklər.