24 Fevral 2012-ci il Xocalı soyqırımının 20-ci il dönümünə həsr olunmuş BEYNƏLXALQ KONFRANS

Azərbaycanda vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu (BİQ) Xocalı Soyqırımının 20-ci İldönümü ilə bağlı Beynəlxalq Konfrans keçirəcəkdir.

Bu Konfransı keçirməkdə məqsəd xarici ölkələrdən mötəbər şəxsləri və mütəxəssisləri dəvət etməklə Xocalı həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırmaq və soyqırım kimi dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdır. 24 fevral 2012-ci il tarixində Hilton otelində 10 nəfərə yaxın xarici qonağın və 120-dən artıq yerli nümayəndələrin (Millət vəkilləri, ziyalılar, dövlət xadimləri və vətəndaş cəmiyyəti təmsilçiləri, diplomatik korpusun nümayəndələri) iştirakı ilə keçiriləcək Beynəlxalq Konfransda bu məqsədlə bütün dünya ictimaiyyətinə və parlamentlərinə müraciət qəbul ediləcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO