2014-cü ildə Novruz, Ramazan və Qurban bayramları ilə bağlı qeyri-iş günləri açıqlandı

Azərbaycan hökuməti 2014-cü ildə Novruz, Ramazan, Qurban bayramlarında qeyri-iş günləri ilə bağlı qərar çıxarıb.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr tarixləri isə Qurban bayramına təsadüf edir.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO