Ərdoğan: Türkiyə tarixi faktların saxtalaşdırılmasına yol verməyəcək

Türkiyə tarixi faktların, o cümlədən 1915-ci il hadisələrinin saxtalaşdırılmasına yol verməyəcək. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərin 7-ci konfransında çıxış edərkən deyib.

R.T.Ərdoğan qeyd edib ki, dünyada bir sıra dairələr qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd edəcəklər.

Dövlət başçısının sözlərinə görə, Ermənistan 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim etməklə həmin hadisələri saxtalaşdırmaq üçün hər cür səy göstərir: “Türkiyə bütün vasitələrlə Ermənistanın 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim etməsi cəhdlərinə qarşı mübarizə aparacaq”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO