Ədliyyə naziri yanında İctimai Komitənin 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib

Ədliyyə naziri yanında İctimai Komitənin 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib
Ədliyyə naziri yanında İctimai Komitənin 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət idarəetməsində ictimai iştirakçılığın geniş tətbiqinə xüsusi diqqət yetirilir. Bu məqsədlə 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən formalaşdırılmış İctimai Komitə fəaliyyət göstərir.
Bu günlərdə Ədliyyə Nazirliyində İctimai Komitənin fəaliyyətinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirin açılışında çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünə təsadüf edən konfransın əhəmiyyətini qeyd edib, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində və Azərbaycanın hərtərəfli dinamik inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqi yolu keçdiyini, sabitliyin və təhlükəsizliyin təmin edildiyini, bütün sahələrdə yüksək nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Nazir müavini həmçinin, vətəndaş cəmiyyəti institutlarının inkişafı üzrə tədbirlərə toxunaraq qeyri-hökumət təşkilatları və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlıq modeli kimi özünü doğrultmuş İctimai Komitənin fəaliyyətini təqdir edib və onun işinə müvəffəqiyyətlər arzulayıb.
Sonra qurumun koordinatoru, Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə İctimai Komitə tərəfindən görülən uğurlu işlərdən danışıb, onun ədliyyə sistemində şəffaflıq, açıq hökumət və ictimai iştirakçılıq prinsiplərinə xidmət edən nümunəvi fəaliyyətini qeyd edib.
Tədbirdə Komitənin 10 illik fəaliyyəti dövründə görülmüş işlərin əyani təqdimatı keçirilib. Bununla bağlı İctimai Komitənin üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov penitensiar müəssisələrdə maneəsiz monitorinqlərin aparılması, qurumun ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə tədbirlərə, xüsusilə ədliyyə orqanlarına qulluğa qəbul prosesinə fəal cəlb olunması barədə məlumat verib, yeni internet səhifəsinin interaktiv şəkildə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən İctimai Komitənin üzvləri və dəvət olunmuş aidiyyəti qurumların nümayəndələri Komitənin ədliyyə fəaliyyətindəki rolundan danışaraq konstruktiv əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliklərini ifadə edib, gələcək fəaliyyətə dair müzakirələr aparıblar.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO