Yunanıstanda IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə edilib

Yunanıstanda IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə edilibYunanıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fevralın 3-də IV Qlobal Bakı Forumuna hazırlıq görüşləri çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldini, YUNESKO-nun xoşməramlı səfiri, NGBM-in idarə heyətinin üzvü Marianna Vardinoyannisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Qəbulda Yunanıstan Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və 2013-cü ildən etibarən hər il Bakıda keçirilən Qlobal Forumlar ilə bağlı məlumat verilib.

Həmçinin, bu Forumların əhəmiyyəti, bu cür beynəlxalq tədbirlərin dünyada baş verən bir sıra qlobal problemlərin həllinə verə biləcəyi töhfələr müzakirə olunub.

Həmin gün Yunanıstanın məşhur Akropolis Muzeyində İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Səragəldinin rəhbərliyi ilə mühazirə təşkil olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO