2-4 fevral tarixində Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana rəsmi səfəri başlayır.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində N.Kotziasın fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Məlumatda bildirilir ki, N.Kotziasın eyni zamanda, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləri və energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcəyi də nəzərdə tutulur.
Görüşlər zamanı tərəflər iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Məlumatda o qeyd olunur ki, N.Kotzias Bakıdan Amsterdama yola düşəcək.