Yeni yaradılan Apellyasiya Şurasının tərkibi müəyyən olundu

Yeni yaradılan Apellyasiya Şurasının tərkibi müəyyən olunduPrezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiq edilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri təyin edilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

Feyruz Mustafayev – Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO