Yeni Azərbaycan Partiyasının rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, ziyarətçilər arasında Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini, YAP-ın sədr müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Ulu öndərin məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Daha sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO