O, səfirliyin də bu layihənin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib: “Layihə Azərbaycana Avropa ilə daha yaxın əlaqələr qurmaq, Avropaya isə təbii qaz nəqlini müxtəlifləşdirmək imkanı verəcək”.
ABŞ-la Azərbaycan arasında bu ilin əvvəlinə planlaşdırılmış məsləhətləşmələrə toxunan M. Brayza bu məsləhətləşmələrin yaxın vaxtlarda baş tutacağını və bunun ikitərəfli əlaqələrin perspektivi baxımından önəmli olduğunu vurğulayıb.