Yaxın vaxtlarda Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olacaq

Azərbaycanda “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” qanunun tətbiqinə dair qaydalar hazırlanır. Bu barədə Trend-ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

İdarə rəisi qeyd edib ki, “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” qanun 2012-ci ildə qəbul edilib. Yeni qəbul olunan qanun Azərbaycanın hüquq sisteminə uyğun bir formada tətbiq edilməlidir və hazırda qanunun Azərbaycanda tətbiqinin səmərəliliyi üzrə müzakirələr aparılır.

“Hazırda onun tətbiqi ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin maddənin təcrübədə tətbiqi təmin ediləcək. İlk dəfədir ki, Azərbaycan qanunvericiliyində hüquqi şəxslər üçün məsuliyyət müəyyən edilir. Qısa müddət ərzində onun da tətbiqinə başlanılacaq və burda heç bir problem yoxdur”, – Əliyev deyib.

Onun sözlərinə görə, bu qaydalar tətbiq olunduqdan sonra artıq hüquqi şəxs kimi təşkilatın özü də cavabdehlik daşıyacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO