Yanukoviç Kiyevi vətəndaş müharibəsi törətməyə cəhddə günahlandırıb

Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Kiyevin yeni hakimiyyətini ölkədə vətəndaş müharibəsi törətməyə cəhddə təqsirləndirib. Trend-in çərşənbə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu V.Yanukoviç Rostov-na-Donuda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hələ də Ukraynanın legitim Prezidenti və ali baş komandanıdır: “Mən səlahiyyətlərimi vaxtından əvvəl dayandırmamışam, sağam və məni Ukrayna Konstitusiyasına uyğun olaraq vəzifədən kənarlaşdırmayıblar”.

V.Yanukoviç qeyd edib ki, terror hücumlarına məruz qalıb: “Kiyevdə formalaşdırılacaq istənilən hakimiyyət orqanı legitim olmayacaq”.

O, həmçinin Obamanın Ukraynaya qarşı fəaliyyətinin qanuni olub-olmaması ilə bağlı ABŞ Senatına, Konqresinə və Ali Məhkəməsinə müraciət edəcəyini bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO