Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanun.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respubikasının qanunu.

Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları

Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. [1]
Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. [2][1]
Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər

Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:
1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə;[3]
3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə.[4]
4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində – müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.[5]
Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
Maddə 4. Qeydiyyata almanın məhdudlaşdırılması əsasları

Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. [6][2]
Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasıKM1

Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. [7][3]
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.[8][4]
Maddə 6. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması[9]

[10]Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq dövlət orqanına müraciət edərək əcnəbinin qeyd vərəqəsinin II hissəsini, öz pasportunu, immiqrant statusunu təsdiq edən sənədi, giriş icazəsini (vizasını), yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir. [11][5]
Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qeydiyyata alınma haqqında vəsiqə verilir.[12]
Həmin vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
1) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddətinə;
2) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün – 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə – qərarda göstərilmiş müddətə; [13]
3) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə – icazədə göstərilmiş müddətə.[14]

Maddə 7. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması
Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır.[15][6]
Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi

Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:
1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;
2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;
3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;
4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:[16]
1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;[17]
3) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda – müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. [18][7]
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. [19][8]
Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, o, şəxsiyyət vəsiqəsini saxlanması üçün müvafiq dövlət orqanına təhvil verməlidir.
Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.
Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. [20][9]
Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. [21][10]
Maddə 11. Əcnəbinin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə qeydiyyata alınır.
Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. [22][11]
Əcnəbi olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
Maddə 12. Vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu yer üzrə qeydiyyata alınır və qeydiyyatdan çıxarılır.
Maddə 13. Qeydiyyatla bağlı şikayət verilməsi

Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.[23]
Maddə 14. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət [24][12]

Bu Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 15. Yekun müddəaları

Bu Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.
Bu Qanun 1997-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 4 aprel 1996-cı il
¹ 55-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669)

2. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 676)

3. 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2)

4. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 237)

5. 26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 243)

6. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478)

7. 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 756)

8. 6 noyabr 2007-ci il tarixli 480-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1197)

9. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602)

10. 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701)

11. 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519)

12. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 171)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 2-ci maddəsinin birinci hissəsində “evləri” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri” sözləri əlavə edilmişdir.

[2][1] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2) ilə 2-ci maddəyə beşinci hissə əlavə edilmişdir.

[3] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 3-cü maddənin birinci hissəsinin 2-ci bənddə “əcnəbi” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilmişdir.

[4] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 3-cü maddənin birinci hissəsinin 3-cü bənddə “daimi yaşayan” sözlərindən sonra “əcnəbi və ya” sözləri əlavə edilmişdir, “şəxsiyyət vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilmişdir.

30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 3-cü maddənin birinci hissəsinin 3-cü bənddinin “daimi” sözü “müvəqqəti və ya daimi” sözləri ilə əvəz edilmişdir.

[5] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 3-cü maddənin birinci hissəsinə 4-cü bənd əlavə edilmişdir.

[6][2] 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 237) ilə 4-cü maddədə “qapalı inzibati ərazi bölgələrində” sözləri “qapalı ərazilərdə” sözləri ilə əvəz edilmişdir.

KM1 1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.
2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.
3. Bu qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin. ( «Azərbaycan» qəzeti, 02 fevral ¹ 26 2003-cü il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 2/2003)

[7][3] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669) ilə 5-ci maddənin ikinci hissəsinin 2-ci bəndinə “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” sözlərindən sonra “, order” sözü əlavə edilmişdir.
21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 88; 2001-ci il, ¹ 11, maddələr 669, 676; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243) 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində və 6-cı maddəsinin birinci hissəsində “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi” və “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini” sözləri müvafiq olaraq “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı” sözləri ilə əvəz edilmişdir.

[8][4] 6 noyabr 2007-ci il tarixli 480-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1197) ilə 5-ci maddəsinə üçüncü hissə əlavə edilmişdir.

[9] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 6-cı maddənin adında “Əcnəbinin” sözü “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin” sözləri ilə əvəz edilmişdir.

[10] 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 171) ilə 6-cı maddəsinin birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “bazar və iş günü hesab edilməyən bayram günləri” sözləri “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilmişdir.

[11][5] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669) ilə 6-cı maddənin birinci hissəsinə “alınması üçün” sözlərindən sonra “yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla)” sözləri, “müraciət edərək” sözlərindən sonra “əcnəbinin qeyd vərəqəsinin II hissəsini,” sözləri, “mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini” sözlərindən sonra “, orderi” sözü əlavə edilmişdir.

26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 243) ilə 6-cı maddənin birinci hissəsində “öz pasportunu” sözlərindən sonra “immiqrant statusunu təsdiq edən sənədi” sözləri əlavə edilmişdir.

24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 6-cı maddənin birinci hissədə “əcnəbi” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilmişdir, “əcnəbinin qeyd vəsiqəsinin II hissəsini” və “immiqrant statusunu təsdiq edən sənədi” sözləri çıxarılmışdır.

[12] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 6-cı maddənin ikinci hissədə “əcnəbiyə” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxsə” sözləri əlavə edilmişdir.
[13] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 6-cı maddənin üçüncü hissəsinin 2-ci bənddən “, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə – qərarda göstərilmiş müddətə” sözləri çıxarılmışdır.

[14] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 6-cı maddəyə üçüncü hissə əlavə edilmişdir.

30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 6-cı maddənin üçüncü hissəsinin 3-cü bənd çıxarılmışdır.

[15][6] 26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 243) ilə 7-ci maddənin birinci hissəsində “xüsusi nümunəli şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “immiqrant statusunu təsdiq edən sənəd” sözləri əlavə edilmişdir.

24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxs ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi nümunəli şəxsiyyət vəsiqəsi, immiqrant statusunu təsdiq edən sənəd verilərkən yaşayış yeri üzrə qeydiyyata alınır.
Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.

30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması
Azərbaycan Respublikasında daimi yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrant statusu verilməsi barədə qərar qəbul edildikdən sonra o, yaşayış yeri üzrə immiqrant kimi qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edərək, öz pasportunu və ya şəxsiyyətini təsdiq edən digər etibarlı sənədi, ona immiqrant statusu verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarını, habelə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.
Yaşayış yeri üzrə qeydiyyata alınan immiqranta Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir.

[16] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 8-ci maddədə və 9-cu maddənin birinci hissəsinin birinci abzasında “Müvafiq dövlət orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.

[17] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 9-cu maddənin birinci hissəsinin 1-ci və 2-ci bəndlərində “müvafiq dövlət orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilmişdir.

[18][7] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669) ilə 9-cu maddənin birinci hissəsinə 7-ci bənd əlavə edilmişdir.

[19][8] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2) ilə 9-cu maddəyə ikinci hissə əlavə edilmiş, əvvəlki ikinci hissə üçüncü hissə hesab edilmişdir.

[20][9] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669) ilə 10-cu maddənin üçüncü hissəsinə “7 gün ərzində” sözlərindən sonra “(bazar və bayram günləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 756) ilə 6-cı maddəsinin birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir..

[21][10] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2) ilə 10-cu maddəyə beşinci hissə əlavə edilmişdir.

[22][11] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 669) ilə 11-ci maddənin ikinci hissəsinə “və onu” sözlərindən sonra “əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə” sözləri əlavə edilmişdir.

24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 701) ilə 11-ci maddənin ikinci hissəsinin birinci cümləsindən “əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə” sözləri çıxarılmışdır.

[23] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519) ilə 13-cü maddədə “səlahiyyətli dövlət orqanına və ya” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

[24][12] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 676) ilə 14-cü maddənin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş şəxslər, habelə qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO