Xələf Xələfov: Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib.

Xəzərin statusu ilə bağlı beştərəfli formatda növbəti danışıqlar sentyabra kimi Aşqabadda keçiriləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib və məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək”, – Xələfov əlavə edib.

Onun sözlərinə görə, beştərəfli formatda Xəzərin statusuna dair ümumi məsələlər müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi üzərində iş aparılır.

Nazir müavini qeyd edib ki, bundan əlavə həm Türkmənistan, həm də İranla ikitərəfli formatlarda müzakirələr qüvvədə qalır. Bu sahədə nümayəndə heyətlərinin fəaliyyəti davam etdirilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO