XİN: Türkiyə Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün mümkün olan hər şeyi edəcək


XİN: Türkiyə Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün mümkün olan hər şeyi edəcək

Türkiyə Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır. Trend-in “Anadolu”agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışı zamanı deyib.
Davudoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlişmə yolunda əsas maneədir:
“Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Bu çox üzücü faktdır”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO