XİN rəhbəri: Ukraynada Krım tatarlarının təhlükəsizliyi Türkiyənin əsas prioritetidir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ukraynada Krım tatarlarının təhlükəsizliyi Türkiyənin əsas prioritetidir. Bu barədə Trend TRT telekanalının saytına istinadən məlumat verir.

“Qardaşlarımız, Krım tatarlarının təhlükəsizliyi Türkiyənin ən başlıca prioritetidir. Biz Krım tatarlarına ziyan gətirə bilən hər cür dəyişikliyə qarşı mövqeyində olduğumuzu bildiririk. Bizim mövqeyimiz hamıya aydındır”, – Türkiyə XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Krım beynəlxalq aləm üçün ciddi imtahandır.

“Təəssüf ki Suriya üzrə imtahan baş tutmadı. Ukrayna probleminin müxtəlif mərhələlərində yaranan böhranlar və həlledilməz məsələlər gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər”, – Davudoğlu bəyan edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO