Tehran ABŞ-ın bu yaxınlarda İrana qarşı yersiz hərəkətlərinə təmkinlə və müdrikcəsinə reaksiya verib. Trend İRNA informasiya agentliyinə istinadən bu barədə bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
ABŞ maliyyə nazirliyi sanksiyaların təsiri altına düşən fiziki şəxslərin və şirkətlərin siyahısına cümə axşamı 19 yeni müddəa əlavə edib.
“Tehran istənilən yersiz və qeyri-konstruktiv hərəkətlərə, hətta əgər onlar ölkənin nüvə proqramı ilə bağlı Cenevrədə imzalanmış sazişə zidd olacaqlarsa təmkinlə reaksiya verəcək,” – Zərif Facebook-da öz fərdi səhifəsində yazıb.
Nazirin sözlərinə görə, İran danışıqları davam etdirməyə hazırdır.
Tehran bəyan edir ki, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən yeni sanksiyalar İranla “altılıq” arasında əldə olunmuş razılaşmaya ziddir.