Azərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin başsağlığını verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə deyib.
O bildirib: “Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terrorçuluğu onun bütün təzahürlərində qınayırıq”.
XİN rəhbəri əlavə edib ki, terror aktlı nəticəsində xəsarət almış azərbaycanlı vətəndaşlar barədə hazırda məlumat yoxdur.
O diqqətə çatdırıb ki, terrorçuluqla mübarizə məsələsi çox vacibdir və hazırda Azərbaycanın Suriyada antiterror İslam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir: “Bu məsələ ilə bağlı qərar qəbul edilməyib”.
E. Məmmədyarov vurğulayıb: “Biz regional və ikitərəfli münasibətləri, ölkələrimiz arasında mövcud olan strateji münasibətləti müzakirə etdik”.
Onun sözlərinə görə, tərəflər enerji əlaqələrini və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tikinti layihəsini müzakirə ediblər: “Biz inanırıq ki, BTQ bu ilin sonuna istismara veriləcək.