Onlar prezident seçkilərini izləyəcəklər
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün müxtəlif ölkələrin KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyə başlayıblar. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər Rusiyanın NTV telekanalı, “Rossiskaya qazeta”, “Azerros” qəzetləri, Türkiyənin TRT telekanalı, ABŞ-ın “Blomberg”, EPA agentlikləri, İngiltərənin “Reuters” agentliyi, İspaniyanın “El Pais” qəzeti quruma müraciət edib. Xarici kütləvi informasiya vasitələrinin MSK-da qeydiyyatı səsverməyə 5 gün qalana qədər davam edəcək.