Vyetnam Prezidenti Azərbaycana səfər edəcək

Vyetnam Prezidenti Çıonq Tan Şanq mayın 13-15-də Azərbaycanda rəsmi səfərdə olacaq. Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir ki, Prezident mayın 7-10-da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya da səfər edəcək: “Moskvadakı tədbirlərdən sonra Vyetnam lideri mayın 10-13-də Çexiyaya, 13-15-də isə Azərbaycana rəsmi səfərə gələcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO