“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu 26-27 oktyabrda keçiriləcək. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verilən məlumata görə, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriya dakı Respublikasındakı səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə keçirilən Forum çərçivəsində Azərbaycan rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.
Forumda iştirak etmək üçün hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlər və doktorantlar müraciət edə bilərlər.
Forumda iştirak etmək üçün müraciət formasını doldurub [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd edək ki, müraciətlərin son qəbul tarixi 10 Sentyabrdır.
Apa.az